
Dünyaya çağırış: Bizə kəfən göndərin!

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağında bir ildən artıqdır həyata keçirdiyi hücumlara qarşı beynəlxalq ictimaiyyətin müdaxiləsi və dəstəyinin yetərli olmadığını bildirərək, ən azından, həyatını itirənlər üçün kəfən göndərilməsini istəyib.
Nazirlikdən verilən açıqlamada beynəlxalq ictimaiyyətin Qəzzada insanları qorumaq və ehtiyaclarını ödəmək üçün çox az dəstək olduğu vurğulanıb. Həyatını itirənlərin ləyaqətlə dəfn edilməsi üçün kəfən göndərilməsi istənilib.
"Bu, dünyaya çağırışımızdır: Xalqımızı qorunma və sığınacaqla təmin edə bilməyən, qida və dərman göndərməyən dünya heç olmasa şəhidlərimizi dəfn etmək üçün kəfən göndərsin", - deyə açıqlamada qeyd olunub.
Etiketlər
Oxşar xəbərlər

Proqram təminatının testi və keyfiyyətinə nəzarət...
Edumap.az Təhsil Portalı

"Həkim nəvələrimi yetim qoydu"
Xəbər Anı

Şəhidin qardaşı dünyaya gəldi - FOTO
Bugun.az

Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya...
Bugun.az

Mingəçevirdə dərsdə halı pisləşən şagird öldü
Bugun.az

Bayramda təcili yardıma edilən müraciətlərin sayı...
Bugun.az