Ermənistan təqaüddəki zabitləri geri çağırır
Qoşunlara təcrübəli və ixtisaslı hərbi kadrlar cəlb etmək lazımdır. Dövlət bununla yanaşı, onlara xidmət illərinə görə pensiya verməkdə davam edəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” və bununla bağlı qanunlara dəyişikliklərin müzakirəsi zamanı hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib.
Xaçatryan ehtiyatda olan zabitlərin sayını açıqlamayıb, amma layihənin həyata keçirilməsinin silahlı qüvvələrdə şəxsi heyətlə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib.
Onun sözlərinə görə, əsas kadr çatışmazlığı tağım, bölük və tabor komandirləri səviyyəsində müşahidə olunur.
Oxşar xəbərlər
Nissan, Honda və Suzuki 200.000-dən çox avtomobili...
Son Xeberler
Tesla “Cybertruck” avtomobillərini geri çağırdı
Bugun.az
Ermənistanın Qarşılaşdığı Seçim: Normallaşma ya Qa...
Son Xeberler
Düşmənin yüksək rütbəli zabitləri məhv edildi
Son Xeberler
“Ermənistan terrorçuları geri göndərməlidir” -
Son Xeberler
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz v...
Son Xeberler