
Fətullah Gülənə rəhmət diləyən aparıcıya AĞIR CƏZA

FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı xəbəri təqdim edərkən qalmaqallı ifadələr işlədən türkiyəli xəbər aparıcısı Aysın Komitqan haqqında qərar verilib.
Gülənin ölüm xəbərini çatdıran aparıcı ona rəhmət diləyib. Buna görə də Komitqan haqqında imza öhdəliyi və xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti qərarı verilib.
Spiker çıxışında "Fətullah Gülənin ölüm xəbəri gəldi. Xəbəri yaxın mənbələr və qardaşı oğlu təsdiqlədi. Nə deyək. Mekanı cənnət olsun" deyib.
Bursa Prokurorluğu tərəfindən Komitqana qarşı "terror təşkilatının təbliğatı" maddəsi ilə istintaq başladılıb.
Daha sonra nəzarətə alınan aparıcı Terrorla Mübarizə İdarəsində dindirildikdən sonra məhkəməyə göndərilib. Daha sonra o, məhkəmə nəzarəti tələbi ilə Sülh Cəza Məhkəməsinə aparılıb.
Həmçinin aparıcının işinə xitam verildiyi də açıqlanıb.
Oxşar xəbərlər

Tanınmış aparıcıya ağır itki - FOTO
Bugun.az

Məşhur aparıcıya ağır itki üz verdi
Son Xeberler

Mübariz Mənsimov məhkəmədə sensassion ifadə verdi...
Son Xeberler

“Ətrafınızı və özünüzü bu virusdan qorumağa çalışı...
İdman Xəbər

Vilayət Eyvazov tanınmış aparıcıya DİN-də vəzifə v...
Son Xeberler

Azərbaycanlı aparıcıya toyda silahlı hücum:
Şou Xəbər