Xəbər Anı
Xəbər Anı

25.10.2024 08:46

2 abunə

22

Göygöldə qəzaya düşənlər bu universitetin tələbələri olub

Göygöldə qəzaya düşənlər bu universitetin tələbələri olub

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın xəbər verir ki, "Opel" markalı avtomobil VAZ-2115 markalı maşın toqquşub. Nəticədə 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov xəsarət alıb, 2006-cı il təvəllüdlü sərnişin Ramal Qurbanzadə isə aldığı xəsarətdən dünyasını dəyişib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə Gəncə Dövlət Aqrar Universitetin tələbələri olub.

Fariz Məhərrəmov Gəncə Dövlət Aqrar Universitetinin Şərabçılıq fakültəsinin, Heydər Hüseynov isə Qida mühəndisliyi fakültəsinin tələbləri olublar.

Etiketlər: