Güclü zəlzələ İranı YERİNDƏN OYNATDI
İranın şimalında, Semnan əyalətində yerləşən Germsar şəhəri Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, təkanlar yerin 11 kilometr dərinliyində qeydə alınıb.
Germsarın prefekti Rza Hani hadisə ilə əlaqədar bir neçə yaşayış binasında elektrik enerjisinin və internetin kəsildiyini bildirib.
İranın digər agentliyi olan IRIB-in məlumatına görə, zəlzələ Tehranda, eləcə də onun ətrafı - Kerec şəhərində hiss olunub.
Agentliyin məlumatına görə, yeraltı təkanlar Tehran yaxınlığındakı eyniadlı vilayətin inzibati mərkəzi olan Qum şəhərində də hiss olunub.
Zəlzələlər nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Oxşar xəbərlər
Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı
Türklərin yaşadığı bölgədə güclü zəlzələ oldu
Xəbər Anı
SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı
Qonşu ölkədə güclü zəlzələ oldu
Bugun.az
Bu ölkədə güclü zəlzələ oldu
Xəbər Anı
Daha bir ölkədə güclü zəlzələ oldu
Xəbər Anı