İsrail İrandakı hərbi hədəfləri vurdu - SON DƏQİQƏ!

26.10.2024 07:56 202 baxış sayı 1 dəq. oxuma
İsrail İrandakı hərbi hədəfləri vurdu

İsrail ordusu İrandakı hərbi hədəflərə qarşı hücumlar təşkil etdiyini açıqlayıb.

Açıqlamada: "Son aylarda İsrailə qarşı davam edən hücumlara cavab olaraq, hazırda İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirilir", - deyə bildirilib. Ordunun həm hücum etmək, həm də müdafiə olunmaq üçün tam hazır olduğu diqqətə çatdırılıb.

Rəsmi Tehran İsrailin Tehran, Xuzistan və İlam əyalətlərindəki bəzi hərbi məntəqələri hədəf aldığını və hücumlara hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla cavab verildiyini, lakin bəzi nöqtələrə “məhdud zərər" dəydiyini açıqlayıb.

İran Hava Hücumundan Müdafiə Qərargahından verilən yazılı açıqlamada İsrailin İran rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi məntəqələrə hücum etdiyi bildirilib.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: