İsrail ordusu "Hizbullah"ın daha 3 liderini məhv etdi - İDDİA
İsrail ordusu "Hizbullah"ın Livanın paytaxtı Beyrutdakı kəşfiyyat qərargahını bombaladığını, həmçinin ölkənin cənubunda təşkil edilən hava hücumu zaman "Hizullah"ın 3 rəhbər şəxsinin məhv edildiyini açıqlayıb.
"X" sosial şəbəkəsində əks olunan açıqlamada döyüş təyyarələrinin səhər saatlarında "Hizbullah"ın kəşfiyyat qərargahı ilə yanaşı Beyrutdakı yeraltı silah istehsalı sexini də bombaladığı vurğulanıb. Bununla yanaşı, qeyd olunub ki, Tibnin bölgəsində həyata keçirilən hücum nəticəsində "Hizbullah"ın cənub cəbhəsindəki "önəmli lideri" olduğu iddia edilən Hacı Abbas Selame, həmçinin Rida Abbas Avade və Əhməd Əli Hüseyni öldürülüb.
"Hizbullah" hələ ki, İsrailin iddiaları ilə bağlı açıqlama verməyib.
Livanın rəsmi xəbər agentliyi olan NNA, İsrail ordusunun Livanın cənubunda bu gün həyata keçirdiyi hücumlar zamanı 11 nəfərin həyatını itirdiyini bildirib.
Etiketlər
Oxşar xəbərlər
İsrail Livana Yenidən Hücum Etdi: Haşim Safiyuddin...
Son Xeberler
Haşim Safiyuddin öldürüldü
Xəbər Anı
Nəsrullahın Öldürülməsi Hizbullah Tərəfindən Təsdi...
Son Xeberler
Nasrallah Öldürüldü? İran Kənarından Səsləndi
Son Xeberler
Nasrallah'ın ölüm haberini verirken ağladı
Son Xeberler
Hizbullah Netanyahu'nun Evinə Hücumu Öz Üzərinə Gö...
Bugun.az