
Keçmiş arvadını iş başında öldürdü - FOTO

Füzuli rayonunda qadın qətlə yetirilib.
Qafqazinfo xəbər verir ki, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.
Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.
Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər

Azərbaycanda kişi keçmiş arvadını belə bıçaqladı -
Son Xeberler

Ailəsini qumbara ilə öldürmək istədi - VİDEO
Bugun.az

"Qoy, kişilər arvadını vursun" -
Şou Xəbər

Arvadını yad kişiylə yataqda tutdu, oğlan görün nə...
Son Xeberler

Keçmiş prezidentə 20 il həbs cəzası verildi
Xəbər Anı

Qızını boşatdırdığı üçün arvadını öldürdü -VİDEO
Bugun.az