🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məşhur şirkətin direktoru qaçırıldı - Detallar

08.11.2024 11:44 41 baxış sayı 2 dəq. oxuma
Məşhur şirkətin direktoru qaçırıldı

Kanadalı kripto şirkəti “WonderFi”in direktoru Torontoda qaçırıldı, 1 milyon dollar fidyə ödədikdən sonra sərbəst buraxıldı.

Valyuta.Az CBC-ə istinadən xəbər verir ki, Skurka iş saatlarının pik vaxtında şəhər mərkəzində avtomobilə zorla mindirilərək naməlum şəxslər tərəfindən oğurlanıb və yalnız fidyə olaraq 1 milyon dollar ( Kanada dolları) məbləğini elektron formada ödədikdən sonra xəsarət almadan azad edilib.

“WonderFi” CEO-su, kriptovalyuta sahəsində zorakı oğurluq hadisəsi ilə üzləşən son tanınmış şəxslərdən biridir. Təhlükəsizlik şirkətinin CBC-yə verdiyi məlumata əsasən, bu, kriptovalyutanın oğurlanması məqsədilə törədilən 171-ci fiziki zorakılıq hadisəsidir.

Hadisədən bir gün öncə Skurkanın rəhbərlik etdiyi şirkət üçüncü rüb üzrə maliyyə hesabatını açıqlayaraq son doqquz ayda 41 milyon Kanada dolları gəlir əldə etdiyini bildirmişdi.

“WonderFi” şirkəti, məşhur “Shark Tank” televiziya proqramının həmsahibi Kevin O'Leary tərəfindən dəstəklənir və “Cointelegraph”ın məlumatına görə, Kanadada ictimaiyyətə açıq ən önəmli kripto şirkətlərindən biridir.

Qeyd edək ki, bitkoinin qiyməti bu həftə 76 min dolları keçərək yeni rekord səviyyəsinə çatıb.

Paylaş: