🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Saxta içki satanlar edam olundu

23.10.2024 11:38 180 baxış sayı 1 dəq. oxuma
Saxta içki satanlar edam olundu

İranın Əlborz əyalətinin Kereç şəhərində saxta spirtli içki satdığı iddia edilən 4 nəfər asılaraq edam olunub.

İran Tələbələr Xəbər Agentliyinin məlumatına görə, İranın Ədliyyə İdarəsi məsələ ilə bağlı açıqlama verib.

Ədliyyə Qurumunun açıqlamasında bu ifadələr paylaşılıb: “Əlborz vilayətində qeyri-qanuni spirtli içkilərin tədarükü və satışına görə edam cəzasına məhkum edilən 4 nəfər səhər saatlarında edam edilib”.

Qeyd edək ki, İranda spirtli içki satışının minimum cəzası ictimai meydanda şallaqlanmaqdır. Spirtli içki satışını təşkil edənlərin əksəriyyətib asılaraq edam olunur və onların cəsədləri küçələrdə nümayiş etdirilir.

Etiketlər

Paylaş: