Xəbər Anı
Xəbər Anı

22.10.2024 12:27

0 abunə

70

SON DƏQİQƏ: İran hücuma keçəcək - MƏLUMAT YAYILDI

SON DƏQİQƏ: İran hücuma keçəcək

İsrailin KAN dövlət agentliyinin verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahuya yaxın olan bir mənbə tezliklə ölkəyə hücum olunacağını bildirib.

ABŞ mətbuatında yer alan və sosial şəbəkələrdə yayılan məlumatda isə İsrailin gözlənilən hücuma qarşı öz raketlərini hazır vəziyyətə gətirdiyi iddia edilir. Qeyd olunur ki, İsrailin şərqində və qərb sahili boyunca raketlər yerləşdirilib. Məlumatda o da öz əksini tapıb ki, İsrail nüvə silahı hazırlamayıb.

KAN xəbər agentliyi İranda vurulacaq hədəflərin artıq seçildiyini yazıb.

Qeyd edək ki, son həftələr ərzində ABŞ hökuməti İranın yanacaq istehsal edən obyektlərinə və nüvə enerjisi müəssisələrinə zərbə endirməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Etiketlər: