Ali Məhkəmə vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin etdi

13.11.2025 06:06 7 baxış sayı 3 dəq. oxuma Trend
Ali Məhkəmə vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin etdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşa vurulan zərərin ödənilməsi ilə bağlı mühüm qərar qəbul etdi. Bu qərar sağlam ətraf mühitdə yaşamaq hüququ pozulduqda zərərin ödənilməsi üzrə məhkəmə təcrübəsini təmin edir. Məsələ neft emalı zavodunun fəaliyyəti ilə əlaqədar sağlamlığına zərər dəydiyini iddia edən bir vətəndaşın şikayəti əsasında qaldırılmışdı. Həmin şəxs zavodun mülki məsuliyyətə cəlb edilməsini və ona dəyən zərərin qarşılanmasını tələb edirdi. Zavod apellyasiya məhkəməsinin onun əleyhinə çıxardığı qərarla razılaşmayaraq Ali Məhkəməyə müraciət etsə də, Kollegiya şikayəti rədd etdi. Ali Məhkəməsinin qərarı ilkin hökmü qüvvədə saxladı və göstərdi ki, istehsalat müəssisələri tərəfindən törədilən ekoloji pozuntulara görə şəxsin hüquqlarının pozulması mənəvi zərərin ödənilməsini tələb edir.


İşə baxılarkən aparılan yoxlamalar iddiaçının fərdi yaşayış evinin yaxınlığındakı hava və suda zərərli maddələrin miqdarının normadan artıq olduğunu sübut etdi. Aparılan monitorinqlər atmosferə atılan çirkləndiricilərin, xüsusilə də etil-benzolun qatılığının sanitar normaları bir neçə dəfə keçdiyini göstərdi. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanmışdı. Bu dəlilləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi neft emalı zavodundan iddiaçıya mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin ödənilməsi barədə qərar vermişdi. Zavod cavabdeh kimi bu təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət etmişdi.


Ali Məhkəmənin Mülki kollegiyası öz qərarında qeyd etdi ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun ayrılmaz tərkib hissəsidir. Bu hüquq hər kəsə ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz mühitdə yaşamağa zəmanət verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, beynəlxalq hüquqi sənədlər və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarla qorunur. Məhkəmə izah etdi ki, ekoloji cəhətdən təmiz mühit dedikdə, iqlim, ekosistem, fiziki, kimyəvi, bioloji və mexaniki cəhətdən çirklənməmiş mühit nəzərdə tutulur. Ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodların törətdiyi ekoloji hüquqpozmalar vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu və sağlamlığının qorunması hüququnu pozur. Belə pozuntular isə mənəvi zərərin ödənilməsini tələb edir. Buna görə də istehsal müəssisələri fəaliyyətləri zamanı bu hüquqların pozulmasından çəkinməlidirlər.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: