Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə V. Səfərlinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.
Xatırladaq ki, Vüqar Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılmış pulları mənimsəməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Tofiq Yaqublu ev dustaqlığına buraxıld...
Son Xeberler
Navalnının qardaşı ev dustaqlığına göndərildi
Son Xeberler
Çəkiliş zamanı əmisinin ölüm xəbərini eşitdi
Son Xeberler
XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığ...
Son Xeberler
Dələduzluqda ittiham olunan bağça direktoru ev dus...
AzMedia
Generalın anası “biz heç kimdən hədiyyə gözləmirik...
Son Xeberler