
Ali təhsilə Malayziya baxışı - UNEC rektoru

UNEC rektoru, professor Ədalət Muradov Malayziyada işgüzar səfərdə olub. Səfər çərçivəsində o, ölkənin aparıcı universitetlərində görüşlər keçirib, həmçinin Ali Təhsil Forumunda iştirak edib. Rektor təhsil mütəxəssisləri ilə müzakirələr aparıb və ali təhsilin gələcəyi ilə bağlı Malayziyada müşahidə etdiyi baxışları rəsmi sosial hesabında bölüşüb.
Bütün dünyada olduğu kimi, Malayziyada da təhsil mütəxəssislərini ali təhsilin gələcəyi düşündürür. Ciddi müzakirələr, tədqiqatlar və forumlar təşkil edilir. Rektorun universitetlərdə və tanınmış mütəxəssislərlə apardığı müzakirələrdə müşahidə edilən əsas baxışlar maraqlı idi. Onlar ali təhsilə baxışlarını ümumiləşdirərək, universitetlərin rəqəmsal transformasiyadan sonrakı gələcəyi ilə çox maraqlandılar. Mütəxəssislərin fikrinə görə, müzakirə mövzusu təkcə universitetlərdə dərsin necə keçilməsi deyil. Daha əsası odur ki, süni intellekt və qlobal mobillik dövründə universitetlər niyə mövcud olmalıdırlar.
Malayziyalı mütəxəssislər son 20 ildə universitetlərdə baş verən dəyişikliklərin mahiyyəti barədə xəbərdarlıq edirlər. Onlar deyirlər ki, universitetlər sinif otaqlarından ağıllı lövhələrə və dərsliklərdən çatbotlara keçsə də, bu dəyişikliklər səthi xarakter daşıyır. Köhnə təhsil modeli sadəcə rəqəmsallaşdırılır, öyrənmənin məqsədi və təcrübəsi dəyişmir. Bu isə təhlükəli bir prosesdir. Əgər Süni İntellekt mühazirə oxuya, məzmun yarada və tapşırıqları qiymətləndirə bilirsə, universitetlərin hələ də bilik ötürən qurumlar kimi qalması geniş müzakirə olunur. Onlar düşünürlər ki, Sİ və rəqəmsal alətlərin yalnız formatı yox, təhsilin kimliyini və məqsədini necə dəyişdirdiyini yenidən anlamaq lazımdır.
Qeyd edilir ki, süni intellekt ağıllıdır, amma insan deyil. O, empatiyanı, dürüstlüyü, təvazökarlığı, mədəniyyəti və mənəviyyatı öyrədə bilmir. Məhz bu keyfiyyətlər məsuliyyətli liderlik və qlobal vətəndaşlıq üçün vacibdir. Müzakirələrdə Sİ-nin təhsili həm demokratikləşdirə, həm də yeni bərabərsizlik yarada biləcəyi vurğulanır. Bu, xüsusilə də kənd yerlərində yaşayan və ya dil dəstəyi olmayan imkansız tələbələr üçün ciddi problem yarada bilər. Bu səbəbdən təhsilin insani, inklüziv və ədalətli qalması yolları geniş müzakirə edilir.
Mütəxəssislərin ortaq fikrinə görə, əgər süni intellekt bilik ötürülməsini səmərəli şəkildə təmin edirsə, universitetin dəyəri artıq öyrətdiyində yox, tələbələrin və tədqiqatçıların hansı problemləri həll edə bilməsindədir. Gələcəyin universiteti binaları, reytinqləri və diplomları ilə yox, cəmiyyətə göstərdiyi real təsirlə müəyyən edilməlidir. Malayziyada 5-ci nəsil universitet modeli geniş müzakirə mövzusudur. Çoxluğun fikri budur ki, rəqəmsal transformasiyadan və Sİ-nin tətbiqindən sonrakı universitetlər mütləq missiya yönümlü olmalıdır. Bu isə 5-ci nəsil universitet modelinin əsasını təşkil edir.
Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.
Bütün məqalələrə baxınOxşar xəbərlər

UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorand...
Azəri Xəbər

UNEC və “Baker Tilly Audit Azərbaycan” arasında əm...
Azəri Xəbər

UNEC və Pekin Xarici Dillər Universiteti əməkdaşlı...
Azəri Xəbər

İkinci kurs tələbəsi də dəm qazından öldü
Xəbər Anı

Azərbaycanla Malayziya arasında ali təhsil sahəsin...
Azəri Xəbər

Daha 7 məktəb distant təhsilə keçirildi
Son Xeberler



