Alpaslan Çakar: "Qarşıdakı dövrdə süni intellekt banklar üçün əsas "yanacağa" çevriləcək"

19.11.2025 07:06 8 baxış sayı 2 dəq. oxuma Report
Alpaslan Çakar: "Qarşıdakı dövrdə süni intellekt banklar üçün əsas "yanacağa" çevriləcək"

Türkiyə Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Alpaslan Çakar Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda sektorun gələcəyi barədə mühüm fikirlər səsləndirib. O, Türkiyənin bank sektorunun hazırkı miqyasını açıqlayıb. Çakarın sözlərinə görə, ölkənin bank sektorunun məcmu həcmi 1 trilyon ABŞ dollarını ötür. Bu geniş maliyyə gücünü idarə etmək üçün, Çakar qarşıdan gələn dövrdə əsas hərəkətverici qüvvənin texnologiya olacağını vurğulayıb.


Bu böyük maliyyə sektoru həm də beynəlxalq miqyasda aktivdir. Türkiyənin bank sektorunun dünyanın 30-dan çox ölkəsində investisiyaları mövcuddur. Eyni zamanda, təxminən 20 ölkənin, əsasən də kontinental Avropa ölkələrinin bankları və ya filialları Türkiyə daxilində fəaliyyət göstərir. Bu cür geniş qlobal əlaqələrə sahib olan ölkələr üçün rəqəmsallaşma və süni intellekt inkişafın vacib elementlərinə çevrilib.


A. Çakar bildirib ki, süni intellekt həm Türkiyədə, həm də bütün dünyada əsas mövzu sayılır. Biz başa düşürük ki, bank sektorunun gələcəyini məlumatlar müəyyən edəcək. Məlumatlar bu prosesin əsas "yanacağı", süni intellekt isə hərəkətverici qüvvəsi olacaq. Banklar arasındakı fərq onların bu texnologiyalardan nə dərəcədə təhlükəsiz və etibarlı şəkildə istifadə edərək müştəri üçün real dəyər yarada bilmələri ilə müəyyən ediləcək.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: