
ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu

ATƏT rəsmi qaydada Minsk prosesinə son qoydu, bununla əlaqəli bütün strukturları ləğv etdi. Təşkilatın məlumatına görə, bu proses 30 noyabr 2025-ci il tarixində saat 23:59-da başa çatdırılıb.
Bu mühüm qərar (MC.DEC/1/25) 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul edilmişdi. Qərarın qəbul edilməsi Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra mümkün oldu. Bu addım bütün zəruri inzibati prosedurların yekunlaşdığı və bağlanma prosesinin tamamlandığı anlamına gəlir. Prosesin yekunlaşması bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsidir.
Xatırladaq ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək vermək üçün yaradılmışdı. Həmsədrlər Rusiya, ABŞ və Fransa idi. Lakin bu Qrup fəaliyyət göstərdiyi müddətdə münaqişənin nizamlanmasına nail ola bilmədi. Azərbaycan uzun müddət bu qurumun ləğv edilməsini tələb edirdi. Azərbaycan tərəfi Minsk Qrupunun ləğvini Ermənistanla rəsmi sülh sazişinə irəliləmək üçün ilkin şərt sayırdı.
Minsk prosesinin bağlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT sədrinə müvafiq müraciət göndəriblər. Bu prosesin rəsmən sona çatması uzun sürən beynəlxalq danışıq formatının tarixə qovuşduğunu göstərir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Türkiyə Ermənistanla münasibətlərin inkişafı üçün...
Bugun.az

ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz - Rəsmi Mos...
Bugun.az

ATƏT bəyanat yaydı
Bugun.az

Bu gecədən müvəqqəti humanitar atəşkəs elan olunur...
Son Xeberler

ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıb
Son Xeberler
ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların...
Azəri Xəbər



