Azadlıq meydanı hərbi parada hazırdır

08.11.2025 06:36 8 baxış sayı 1 dəq. oxuma Report
Azadlıq meydanı hərbi parada hazırdır

Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri artıq tamamlanıb. Paradda keçid edəcək şəxsi heyət və hərbi texnika hazır vəziyyətə gətirilib. Əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.


Hərbi parad bu gün Bakıda Vətən Müharibəsində Zəfərin 5 illiyinə həsr olunaraq keçiriləcək. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir. Bundan başqa, Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də paradı izləmək üçün Bakıya gəliblər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: