Bakıda hərbi parada hazırlıq başlayıb

01.11.2025 07:36 7 baxış sayı 1 dəq. oxuma Report
Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlərə başlanılıb. Paytaxt sakinləri artıq hazırlıqların şahidi olurlar.


Hazırlıqlar çərçivəsində paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir. Bu ilki hərbi parad noyabrın 8-də keçiriləcək. Mərasim paytaxtın mərkəzi hissəsində, Azadlıq meydanında təşkil olunacaq.


Azərbaycan hərbçilərinin parad ənənəsi davam edir. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Vətən müharibəsində qələbə şərəfinə ilk Zəfər paradı məhz Azadlıq meydanında keçirilmişdi. Daha sonra, 2023-cü il noyabrın 8-də Zəfərin üçüncü ildönümünə həsr olunan parad Xankəndi şəhərində olmuşdu. Bu il keçiriləcək mərasim tarixi zəfərin 5-ci ildönümünü qeyd edəcək.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: