
Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub (FOTO)

Azərbaycan Çin Xalq Respublikasının Ciansu əyalətinin Nankin şəhərində baş tutan “Nanjing Youth Cultural Exchange Event” beynəlxalq mədəniyyət festivalında uğurla təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə bu tədbirdə iki stend qurulmuşdu. Bu stendlər ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsini geniş auditoriyaya nümayiş etdirmək məqsədi daşıyırdı. Ziyarətçilərə ölkəmizə dair məlumat kitabçaları, Azərbaycan bayraqları və digər xatirə hədiyyələri təqdim olundu.
Stendlərdə nümayiş etdirilən eksponatlar böyük marağa səbəb oldu. Burada milli geyim nümunələri, Azərbaycan xalçaları, çay mədəniyyəti, maarifləndirici posterlər və materiallar sərgilənirdi. Həmçinin tarixi abidələrimizi əks etdirən açıqcalar, Xarıbülbül və digər tematik açarlıqlar, nar mövzulu suvenirlər də təqdim edilmişdi. Bütün bu əşyalar Azərbaycanın rəngarəng mədəniyyətini qonaqlara çatdırdı.
Azərbaycanlı tələbələr festivalda ölkə haqqında təqdimatlarla çıxış etdilər. Çinin Nankin Poçt və Telekommunikasiya Universitetinin biznesin idarə edilməsi (MBA) üzrə magistri olan, müxtəlif mədəni tədbirlərdə fəal təmsilçi Nilgün Quluzadə və digər tələbələr iştirak edirdi. Onlar Çinlilərə və digər əcnəbilərə tariximiz və mədəni irsimiz haqqında geniş məlumat verdilər. Tədbir çərçivəsində ölkəmizlə bağlı maarifləndirici viktorinalar təşkil olundu, qaliblər mükafatlandırıldı. Yüzlərlə ziyarətçinin maraq göstərdiyi stendlər yerli və milli televiziya kanallarında işıqlandırıldı. Festivalın təşkilatçıları Azərbaycan stendlərinin tədbirin ən uğurlu və rəngarəng təqdimatları sırasında olduğunu qeyd etdilər. Onlar Azərbaycanın gələcəkdə də belə layihələrdə fəal iştirakını arzuladıqlarını bildirdilər.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan “Multicultural Fusion” festivalında təm...
Azəri Xəbər

Anar Kərimov onları vəzifəyə gətirdi -
Son Xeberler

Lənkəranda ANİMAFİLM festivalı keçirilib (FOTO)
Azəri Xəbər

Ceyhun Bayramov UNESCO Baş Konfransının 43-cü sess...
Azəri Xəbər

Mədəniyyət naziri Daşkənddə Nazirlər Konfransında...
Azəri Xəbər

Nazir Piriyevi vəzifəsindən azad etdi - FOTO
Bugun.az



