Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub (FOTO)

24.11.2025 14:35 13 baxış sayı 1 dəq. oxuma Trend
Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub (FOTO)

Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində “Multicultural Fusion” (“Multikultural birləşmə”) adlı festival keçirilib. Bu tədbirdə Azərbaycan uğurla təmsil olunub. Məlumat Diasporla İş üzrə Dövlət Komitəsindən verilib. Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan bu festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.


Kanadada yaşayan soydaşımız, diaspor fəalı Müşfiqə Quliyeva ölkəmizi təmsil edib. O, iştirakçılara Azərbaycanın mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə geniş məlumat çatdırıb. Azərbaycan stendinə yaxınlaşan ziyarətçilər mədəniyyətimiz haqqında verilən dolğun məlumatları böyük heyranlıqla dinlədilər.


Ziyarətçilər, həmçinin, Azərbaycan mətbəxinin ləziz təamlarını dadmaq imkanı əldə ediblər. Müxtəlif millətlərin iştirak etdiyi bu beynəlxalq festivalda ölkəmiz öz adət-ənənələrini və mətbəxini nümayiş etdirib.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: