
Azərbaycan Rusiyaya nota verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovu çağırıb və ona rəsmi nota təqdim edib. Bu addım Ukraynanın paytaxtı Kiyev şəhərinə edilən raket və dron hücumları zamanı Azərbaycan səfirliyinin ərazisinə İsgəndər tipli raketin düşməsi ilə bağlı kəskin etiraz bildirmək üçün atılıb. Görüş zamanı XİN nümayəndələri hadisənin noyabrın 14-də gecə saat 1:00 radələrində baş verdiyini qeyd ediblər. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb. Əlavə olaraq, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və Səfirliyin konsulluq şöbəsi zərər görüb. Diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulsa da, xoşbəxtlikdən bu zərbə insan tələfatına səbəb olmayıb, bu da qarşı tərəfə bildirilib. XİN rəsmiləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi hücumların tamamilə qəbuledilməz olduğunu vurğulayıblar.
XİN rəsmiləri bu tip raket hücumlarının əvvəllər də baş verdiyini xatırlatdılar. Xüsusi olaraq, 2022-ci il martın 10-da Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə endirilib. Həmin hücum zamanı inzibati bina ciddi dağıntıya məruz qalıb və xidməti avtomobil yararsız hala düşüb. Daha bir hadisə isə 2024-cü il yanvarın 2-də qeydə alınıb. Bu zaman Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təxminən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yaranıb. Detonasiya baş vermədiyi üçün yer səthindən 8 metr dərinlikdə partlamamış sursat aşkar edilib. Təəssüf ki, oxşar hücumlar davam edib. Məsələn, 2025-ci il avqustun 28-də Səfirliyə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binası, konsulluq şöbəsi və Səfirin rezidensiyası zədələnib. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilib, bu da işçilərin xəsarət almasına səbəb olub və infrastruktura böyük zərər vurulub.
Azərbaycan XİN bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə ciddi suallar yaratdığını vurğulayıb. Rusiya tərəfinə əvvəllər bu məsələlərə dair rəsmi nota təqdim olunub və məlumat verilib. Həmçinin qeyd olunub ki, Ukraynadakı diplomatik təmsilçiliklərin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edilmişdi. O zaman Rusiya Müdafiə Nazirliyi koordinatları nəzərə alacağını bildirmişdi. Görüşdə diplomatik təmsilçiliklərə edilən bu kimi hücumların qəbulefdiməz olduğu diqqətə çatdırılıb. Azərbaycan, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması tələb olunub və hadisələrə dair ətraflı izahat verilməsi istənilib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Rusiya Kanadaya nota verdi
Bugun.az

Yaponiya Rusiyaya nota verdi
Son Xeberler

Rusiya Azərbaycana nota verdi
Bugun.az

Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az

Çin Tayvanın müstəqilliyi tərəfdarlarının Avropa P...
Azəri Xəbər

“Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst b...
Bugun.az



