
Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzərində yüklərin artmasına cavab olaraq, "Baku Shipyard" tərsanəsində iki yeni konteyner gəmisi istehsal ediləcək. Bu gəmilər "Samruk-Kazyna"nın törəmə şirkəti olan "Kazmortransflot" (KMTF) və "Abu Dhabi Ports" (ADP) üçün nəzərdə tutulur.
"Samruk-Kazyna" şirkətinə istinadən verilən məlumata görə, layihə şirkətin rəhbəri Nurlan Jakupovla Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Müşahidə Şurasının sədri Rəşad Nəbiyev arasında keçirilən görüşdə qeyd olunub. Görüşdə TBNM-in inkişafı və nəqliyyat-logistika sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Məlumatda bildirilir ki, konteyner gəmiləri 2027-ci ilə qədər inşa edilərək KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək.
Ötən il TBNM ilə yük dövriyyəsi tarixi maksimuma - 4,5 milyon tona çatıb. Qazaxıstan yüklərinin ixrac potensialı ildə 10 milyon tona qədər qiymətləndirilir. "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkəti ilə bu ilin yanvar ayında saziş imzalamışdı. Bu çərçivədə Xəzər dənizində istifadə üçün nəzərdə tutulmuş, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik iki müasir konteyner gəmisinin inşası planlaşdırılır. Suya oturumu az olan bu yeni gəmilər TBNM-in yük dövriyyəsini artıracaq və marşrutun keçid imkanlarını genişləndirəcək.
Tərəflər nəqliyyat məsələləri ilə yanaşı, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsinin icrasının gedişini də müzakirə ediblər. Bu layihənin operatorları "Kazaktelecom" və "Azertelecom" şirkətləridir. Bu cür birgə layihələrin həyata keçirilməsi region ölkələri arasında strateji əməkdaşlığın dərinləşdiyini göstərir.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İran hərbi gəmiləri Bakı limanını tərk etdi -FOTO
Bugun.az

Expected Innovations with the M4 iMac!
Texnologiya xəbərləri

Azərbaycanda xarici ölkələr üçün müxtəlif təyinatl...
Azəri Xəbər

“AZIREX-2025” təlimində iştirak edən İran hərbi gə...
Azəri Xəbər

Yaponiya konteynerlər üçün xüsusi yol inşa edir -...
Bugun.az

ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun...
Azəri Xəbər