Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yaponiya konteynerlər üçün xüsusi yol inşa edir - VİDEO

18.11.2024 19:25 90 baxış sayı 2 dəq. oxuma Metbuat
Yaponiya konteynerlər üçün xüsusi yol inşa edir - VİDEO

Yaponiya mövcud yük maşınlarının artıq tələbatı tam ödəyə bilmədiyini nəzərə alaraq Tokyo və Osaka arasında xüsusi "karqo yolu" inşa etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, üç zolaqlı yol tünel şəklində olacaq. Burada yük maşınları deyil, kiçik avtonom konteyner robotlar hərəkət edəcək. Konteynerlər saatda cəmi 30 km sürətlə hərəkət edəcək. Sürətin məhdudlaşdırılması ilə gözlənilməz qəzaların, həm də yolun zədələnməsinin qarşısını alınacaq.

Avtonom konteynerlər fasiləsiz hərəkətdə olacaq, yüklərini qəbul edib təyinat nöqtəsinə çatdıracaq və geri dönərək yeni yükü qəbul edəcək. Bu proses yüklərin daim axında olmasını təmin edəcək. Layihə çərçivəsində minlərlə avtonom konteyner istehsal ediləcək. Fasiləsiz hərəkət edən konteynerlər ölkə daxilində yük daşımalarının effektivliyini artıracaq.

Layihənin ilkin mərhələsində 100 kilometr uzunluğunda karqo dəhlizinin inşası planlaşdırılır. Bu dəhliz yalnız Tokyo və Osaka arasında deyil, həm də böyük şəhərlərin ətrafında olan tıxac problemi olan əraziləri əhatə edəcək.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: