
Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 6 medalla tamamlayıblar

Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında mübarizəsini başa çatdırıb. Komanda bu mötəbər turnirdən ümumilikdə 6 medalla ayrıldı. Bu nəticəyə görə yığmamız 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Komandamız dördüncü yarış günündə də uğurunu davam etdirdi. Həmin gün bir usta cüdoçumuz fəxri kürsüyə qalxa bildi. M8 yaş kateqoriyasında çıxış edən Fərhad Rəcəbli (90 kq) dünya çempionatının gümüş medala layiq görüldü.
Qeyd edək ki, digər idmançılarımız yarışın əvvəlki günlərində medallara yiyələnmişdilər. Ən parlaq nəticəni Mövlud Mirəliyev göstərdi; o, M5 yaş kateqoriyasında (-100 kq) qızıl medal qazandı. Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, -100 kq) isə hər biri bürünc medal qazanaraq Azərbaycanın uğurunu təmin etdilər.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladıl...
Bugun.az
Azərbaycanın iki güləşçisi dünya çempionatını meda...
Azəri Xəbər

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempiona...
Azəri Xəbər

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla ba...
Bugun.az

Azərbaycan cüdoçuları 4 medal qazandı
Bugun.az

Azərbaycanın dünya çempionu: Yarışa çox yaxşı hazı...
Azəri Xəbər



