
Azercell “CyberCell Hackathon”a start verir

Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə böyük kibertəhlükəsizlik və süni intellekt (Sİ) yarışması olan “CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək bu tədbir 18–19 oktyabr 2025-ci il tarixlərində baş tutacaq. Yarışın əsas məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik biliklərini real mühitdə tətbiq etməyə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir. Ümumilikdə 25 komanda bu gərgin müsabiqədə öz bilik və təcrübələrini nümayiş etdirəcək. Hackathona qatılmaq üçün 200-ə yaxın müraciət daxil olsa da, yalnız seçim mərhələsini uğurla keçən 25 komanda iştirak etmək hüququ qazanıb.
Yarış zamanı iştirakçılar mürəkkəb ssenarilər üzərində işləyəcəklər. Bunlara "Red Team" (hücum) və "Blue Team" (müdafiə) vəzifələri daxildir. Komandalar kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, həmçinin hücumların aşkarlanması, onlara cavab verilməsi və qarşısının alınması üçün yeni həllər hazırlayacaqlar. Eyni zamanda, iştirakçılardan süni intellekt alətlərindən istifadə etmək tələb olunur. Onlar Sİ vasitəsilə anomaliyaları aşkar etməli, loq analizləri aparmalı və gələcək təhdidləri proqnozlaşdırmaq üçün həllər təqdim etməlidirlər.
Müsabiqədə iştirak edən komandaların tərkibində ölkənin bir çox aparıcı universitetlərinin tələbələri var. Bunlara Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universiteti daxildir. Yarışın sonunda ən yaxşı nəticə göstərən komandalar pul mükafatları ilə təltif ediləcəklər. Birinci yeri tutan komanda 4000 AZN, ikinci yerin qalibi 3000 AZN, üçüncü yerdə qərarlaşan isə 2000 AZN dəyərində pul mükafatı qazanacaq. Azercell Telekom bütün “CyberCell Hackathon” iştirakçılarına uğurlar arzulayır.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qarabağda ilk mobil rabitə!
Son Xeberler

İsveç və Azərbaycan yığmalarının start heyətləri a...
Bugun.az

"Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri açıq...
Bugun.az

SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler

Məhv edilən düşmən ƏTRK-nin start mövqeyinə çıxarı...
Son Xeberler

Rabitə Nazirliyindən mobil operatorlarına
Son Xeberler