
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib (FOTO)

Bakı. Trend:
“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası ictimaiyyətə təqdim edildi. Bu xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin beşinci ildönümünə həsr olunub. Sikkələr Azərbaycan xalqının güclü iradəsini və birliyini göstərir.
“Zəfər” limitli qızıl sikkə kolleksiyası həm Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın şücaətini, həm də dövlətimizin ərazi bütövlüyünün bərpasını simvolizə edir. O, eyni zamanda müdrik siyasətin təntənəsini təcəssüm etdirir. Qızıl sikkənin mərkəzində Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsi yer alır.
Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi simvolik yolun təcəssümüdür. Sikkənin dizaynı üzərindəki 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü xatırladır. Tağın daşıdığı ağac isə azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir. Sikkənin üzərində yer alan “8” təsviri Prezident-Xalq-Ordu birliyi ilə tarixiləşən 8 Noyabr - Zəfər Gününü əks etdirir.
Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır. Qeyd etmək lazımdır ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilmiş qızıldan limitli sayda istehsal edilib. Hər çeşid üzrə - 200 ədəd olmaqla 5, 10, 20 qram və 1 unsiya çəkilərində bu sikkələr buraxılıb.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"AzerGold" məhsul portfelini 1 qramlıq qızıl külçə...
Azəri Xəbər

Caviar "AirLine" Kolleksiyasını Təqdim Etdi: Qızıl...
Texnologiya xəbərləri

Almaniyada Putinin şərəfinə gümüş sikkə buraxıldı
Bugun.az

Sikkatma Oyunu "Unfair Flips" Spidraninqin Ən Yeni...
Texnologiya xəbərləri

Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavi...
Son Xeberler

Nintendo Əyləncə Sisteminin (NES) 40 illiyi: 8BitD...
Texnologiya xəbərləri



