"Azəristiliktəchizat": Gələn il dövlətdən ayrılan subsidiyalar 13 milyon manat azaldılacaq

17.10.2025 09:46 7 baxış sayı 2 dəq. oxuma Report
"Azəristiliktəchizat": Gələn il dövlətdən ayrılan subsidiyalar 13 milyon manat azaldılacaq

"Azəristiliktəchizat" ASC-yə gələn il dövlətin ayırdığı subsidiyaların 13 milyon manat azalacağı gözlənilir.


ASC-nin sədri İlham Mirzəliyev "Report"a verdiyi müsahibədə bunu deyib.


Onun sözlərinə görə, səhmdar cəmiyyəti ötən il dövlət büdcəsindən 46 milyon manat subsidiya alıb. Yeni tariflərin tətbiqi sayəsində 2026-cı il üçün bu məbləğin 28 % azalması planlaşdırılır.


Sədr 2024-cü ilin yekunlarını da açıqlayıb. Yığım səviyyəsi təxminən 85 % olub. O bildirib ki, ideal göstərici 100 % olsa da, sosial həssas təbəqələrin imkanlarını nəzərə alsaq, 85 %-lik nəticə qənaətbəxşdir.


O əlavə edib, "Bizim fərdi qaydada istiliyi kəsmək imkanımız yoxdur. Uzun müddət ödəniş etməyən abonentlər haqqında yalnız qanunla nəzərdə tutulan qaydada məhkəmələrə müraciət edirik."


İ. Mirzəliyev deyib ki, istilik təchizatı sahəsi hələ də subsidiya hesabına maliyyələşir. Yeni tariflərin tətbiqi və tarif dəyişikliyi gəlirlərini qismən artıracaq. Bu artımın əsas məqsədi əlavə pul toplamaq yox, dövlət büdcəsindən asılılığı azaltmaqdır.


"Azəristiliktəchizat" subsidiyaları minimuma endirməyi və maliyyə dayanıqlığını təmin etməyi hədəfləyir. Dövlət qənaət edilən subsidiya məbləğini təhsil, səhiyyə, sosial təminat kimi başqa vacib sahələrə yönəldə bilər. Bu vəsaitlər, həmçinin, istismar müddəti başa çatmış qazanxanaların yeni istilik mənbələri ilə əvəzlənməsinə sərf ediləcək. Bütün bunlar istilik təchizatı xidmətinin səviyyəsinə müsbət təsir göstərəcək.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: