
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb

Hazırda "Azəristiliktəchizat" ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə əvvəlki illərdən qalan borcu təxminən 35 milyon manat təşkil edir.
Bunu müsahibəsində "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev bildirdi.
Onun sözlərinə görə, səhmdar cəmiyyəti 2025-ci ildə istifadə etdiyi təbii qazın dəyərinin 91 %-ni artıq ödəyib. O əlavə etdi ki, bu borc qiymət artımından əvvəl, əvvəlki illərdə formalaşıb. Cari ildə yeni borcun yaranması gözlənilmir.
Sədr qeyd etdi ki, borcların inventarizasiyası "Azəriqaz"la birgə aparılıb. 35 milyon manat məbləğində borcun rəsmi təsdiqlənməsi başa çatdı. Mirzəliyev planlarını da açıqladı: "Biz bu ilin sonuna qədər 33 milyon kubmetr təbii qaz istifadə etməyi və onun dəyərini tam şəkildə ödəməyi planlaşdırırıq".
İ. Mirzəliyev bildirdi ki, rəhbərlik etdiyi qurumun "Azəriqaz"a borc məsələsi son iki ildə demək olar ki, gündəmdə deyil. Tarif artımı nəticəsində gəlirlərin artması "Azəriqaz" qarşısında öhdəlikləri tam yerinə yetirməyə imkan verəcək. Xərclərin təxminən 60 %-i qazla bağlıdır.
Artıq "Azəriqaz"la müzakirələr aparılıb, razılaşma protokolu imzalanıb və öhdəliklər götürülüb. "İnanırıq ki, 2025-ci ildə ilk dəfə olaraq "Azəristiliktəchizat" istehlak etdiyi təbii qazın dəyərini tam, yəni 100 % həcmdə ödəyə biləcək", - deyə sədr vurğuladı.
Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Fransanın dövlət borcu 3 300 milyard avronu ötdü
Bugun.az

"Azəristiliktəchizat": Gələn il dövlətdən ayrılan...
Azəri Xəbər

Bu şəxslərin kredit borcu silinir?
Bugun.az

Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula b...
Xəbər Anı

Qazla bağlı ƏHALİNİN NƏZƏRİNƏ:
Son Xeberler

“Azəriqaz” İB-də yeni
Son Xeberler