
Bakı aeroportunda "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" fotosərgisi açılıb

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 5 noyabr tarixindən etibarən "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" adlı fotosərgi açılıb. Bu sərgi Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dəstəyi ilə həyata keçirilir. Tədbir Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalında, həm beynəlxalq gediş (Duty Free), həm də beynəlxalq gəliş (baqaj alınma) zonalarında təşkil olunub.
Ümumilikdə 25 fotodan ibarət olan sərgi noyabrın 12-nə qədər davam edəcək. Sərginin keçirilməsində məqsəd ölkəyə gələn xarici qonaqları və yerli ictimaiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatlandırmaqdır. Şəkillər vasitəsilə hər gün dirçələn və inkişaf edən Qarabağın yeni siması əyani şəkildə göstərilir. Bu təsirli fotolar Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan materiallar əsasında seçilib. Fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işlərinin miqyası əks olunur; bura tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı daxildir. Sərgidə eyni zamanda, Qarabağın təbiəti, nadir flora və faunası da xüsusi yer tutur.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayiş olunan bu sərgi daha sonra Bakının iri ticarət mərkəzlərində və bir neçə digər məkanda da təşkil ediləcək. Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən Qarabağla bağlı həqiqətlərin çatdırılması, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı zəruri maarifləndirmə və təşviqat işlərini həyata keçirir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
Bugun.az

Bakı Türk Liseyindən ordumuza dəstək
Son Xeberler

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sa...
Azəri Xəbər

Xankəndidə Şəhər Günü keçirilir
Bugun.az

Konqonun dirçəlişi Afrikada yeni dövrün başlanğıcı...
Azəri Xəbər

Rudenko Bakının Dağlıq Qarabağın statusu məsələsin...
Son Xeberler



