Bakıda 71 nömrəli marşrut üzrə avtobuslar yenilənib

06.11.2025 11:27 7 baxış sayı 2 dəq. oxuma Report
Bakıda 71 nömrəli marşrut üzrə avtobuslar yenilənib

Bakıda 71 nömrəli marşrut xətti müasir avtobuslarla təmin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yenilənmiş avtobuslar artıq sərnişinlərə xidmət göstərəcək. Marşrut xəttinin istismarı üzrə keçirilmiş müsabiqənin qalibi "Xaliq Faiqoğlu" MMC olub. Şirkət avtobuslarla xəttin istismarına noyabrın 7-dən etibarən başlayacaq.


Bu şəhərdaxili marşrut xətti "Azadlıq prospekti" metro stansiyasını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Xətt üzrə fəaliyyət göstərəcək avtobuslar "Golden Dragon" markalıdır. Onlar müasir və ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Ümumilikdə 10 avtobusun bu xəttə cəlb edilməsi planlaşdırılır. Avtobuslar sərnişinlərin daşınmasını 8-10 dəqiqəlik hərəkət intervalı ilə həyata keçirəcək.


Qeyd olunur ki, sərnişinlər avtobuslarda ödənişləri yalnız nağdsız qaydada edə biləcəklər. Hazırda gedişhaqqı 0,60 manat olaraq müəyyən edilib. 71 nömrəli marşrutda köhnə nəqliyyat vasitələrinin yeni, müasir model avtobuslarla əvəz edilməsi Bakı şəhərinin ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəltməyə kömək edəcək.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: