
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində geniş işıqlandırılıb

Bakının Azadlıq meydanında Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan möhtəşəm Hərbi parad dünya ölkələrinin aparıcı media qurumlarının diqqət mərkəzində oldu. Beynəlxalq mətbuat bu hadisəni tam şəkildə işıqlandırdı. Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlər yer aldı. Media vurğuladı ki, parad Azərbaycan Ordusunun hərbi qüdrətini bütövlükdə nümayiş etdirir, eyni zamanda Vətən müharibəsi barədə məlumatlar çatdırıldı.
Türkiyə və Şimali Kiprin media qurumları, o cümlədən Anadolu agentliyi, "TRT Haber", "Haber Global", NTV, "Milliyet" və "Sabah" kimi qəzetlər Hərbi parada xüsusi yer ayırdılar. Qardaş ölkələrin aparıcı xəbər agentlikləri, televiziya kanalları və portalları milyonlarla tamaşaçının diqqətini həm liderlərin çıxışlarına, həm də paradda göstərilən hərbi texnika və silahlara cəlb etdi. Xəbərlərdə Bakı və Ankaranın sıx həmrəyliyi, həmçinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin yaradılması ilə bağlı liderlərin bəyanatlarından sitatlar gətirildi. Prezident Əliyevin, Türkiyənin dəstəyinin çox ciddi mesaj olması və Azərbaycan xalqının bu qardaş dəstəyini unutmayacağı barədə ifadəsi vurğulandı. Prezident Ərdoğanın isə "Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır" sözləri qeyd olundu. Mətbuat xüsusi olaraq Türkiyə Prezidentinin Azərbaycanın Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına diqqət çəkdi. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olundu, Azərbaycanın ərazi bütövlüyünün bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi qeyd edildi.
Pakistanın "The Express Tribune", "Geo News" və "Dawn" kimi aparıcı media orqanları paradın möhtəşəmliyini, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakını işıqlandırdılar. Xəbərlər nümayiş etdirilən hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verdi. Pakistan mediası Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət ayırdı. Dövlət başçısının Vətən müharibəsi dövründə göstərdiyi qətiyyətli dəstəyə görə Pakistana təşəkkürü geniş yer aldı. Rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki roluna verilən yüksək qiymət vurğulandı. Baş nazir Məhəmməd Şahbaz Şərifin paradda iştirakı, üç qardaş ölkə ordularının sıx əməkdaşlığı diqqətə çatdırıldı. "The Express Tribune" Baş nazirin "Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir" sözlərini xüsusi qeyd etdi. Bundan əlavə, Pakistan mediası Baş nazirin Azərbaycana səfəri və üçtərəfli liderlər görüşü barədə də xəbərlər yaydı.
Hərbi parad Yaxın Şərq və Avropa ölkələrində də geniş əks-səda doğurdu. Birləşmiş Ərəb Əmirliklərinin "Al Bayan" və "Sharjah24" kimi portalları, eləcə də Gürcüstanın nüfuzlu "1tv.ge" nəşri Bakıdakı Qələbə bayramını ətraflı işıqlandırdılar. Rusiyanın "Gazeta.ru" nəşri paradda 5 mindən çox hərbçinin və 150-dən artıq hərbi texnikanın iştirak etdiyinə diqqət çəkdi. Rusiyanın "News.ru" portalı Prezident Əliyevin "Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər" simvolik sitatını ön plana çıxardı. İspaniyanın EFE agentliyi və ona istinad edən İsveçrənin "Swissinfo.ch" nəşri liderlərin Qələbənin regionda sülh üçün yeni səhifə açması barədə fikirlərinə toxundu. Nəhayət, "Forbes" jurnalı Bakıdakı paradla bağlı yayımladığı geniş reportajda Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını müasir müdafiə sistemləri ilə inkişaf etdirdiyini vurğuladı. Misirin "Al Shorouk" və Bolqarıstanın "24 Chasa" kimi nəşrləri də bu mühüm tədbirin regional əməkdaşlıq baxımından önəmini qeyd etdilər.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vətən müharibəsində qələbənin beşinci ildönümünə h...
Azəri Xəbər

Bakıda hərbi parada hazırlıq başlayıb
Azəri Xəbər

Bakıda Zəfərin beş illiyinə həsr olunan paraddan F...
Azəri Xəbər
Bakıda Hərbi paradda ilk dəfə insansız sistem qoşu...
Azəri Xəbər

Bu hərbi texnikalar da paradda ilk dəfə nümayiş et...
Azəri Xəbər

Bakıda hərbi parad keçirilir -CANLI
Bugun.az



