
Bakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə tutulub - YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata əsasən, oktyabrın 11-də rayonun Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin qətlə yetirilməsi faktı ilə bağlı prokurorluğa məlumat daxil olub.
Aparılan ilkin araşdırmalar zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla Ayxan Mustafayevə xəsarət yetirərək onu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Həmin fakt üzrə Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şərti olaraq V.Ş kimi qeyd edilən həmin şəxs rayon prokurorluğu tərəfindən şübhəli qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda ibtidai istintaq hərəkətləri davam etdirilir.
***
10:03 Yenilənmə
Bakının Əmircan qəsəbəsində ağır qətl hadisəsi baş vermişdi.
Məlumata görə, hadisə oktyabrın 11-i qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.X. şəxsiyyətli yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma işləri davam edir.
Qətl hadisəsi nəticəsində dünyasını dəyişən şəxsin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olduğu qeyd olunur.
Oxşar xəbərlər

Məktəblini bıçaqlayan 10-cu sinif şagirdi saxlanıl...
Bugun.az

Bakıda oğurluq edənlər saxlanıldı
Bugun.az

Bakıda evdən 17 min manatlıq oğurluq edildi
Bugun.az

Bakıda oğurluq edən 3 şəxs saxlanıldı
Bugun.az

38 yaşlı qadın qətlə yetirildı - Dayısı saxlanıldı
Bugun.az

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlan...
Bugun.az