
Mağaza soyğunçuluğunda şübhəli bilinən iki yeniyetmə tutulub

Mağazadan pul vəsaitinin oğurlanması əməlini törədən yeniyetmələr polis tərəfindən saxlanılıb.
Hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Balaxanı qəsəbə sakini ona məxsus ticarət obyektindən pul vəsaitinin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında dərhal təhqiqat araşdırmalarına başlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Məlum olub ki, bunlar avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T. Bəkirovadır. Hər iki yeniyetmə polis tərəfindən saxlanılıb.
Faktla bağlı zəruri istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər

Bakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə t...
Azəri Xəbər

Məktəblini bıçaqlayan 10-cu sinif şagirdi saxlanıl...
Bugun.az

16 minlik oğurluq edən şəxs saxlanıldı
Bugun.az

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeni...
Son Xeberler

Bu rayonlarda əməliyyat keçirildi -Saxlanılanlar v...
Bugun.az

Bakıda oğurluq edənlər saxlanıldı
Bugun.az