
bp dərinsulu quyulara müdaxilə sahəsində ən qabaqcıl texnologiyanı Xəzərə gətirir

Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan bp, dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməyə davam edir. Bu səylərin əsas məqsədi dünya səviyyəli olan bu yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır. bp Dərinsulu Günəşli ərazisindəki bir çox quyuda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq Quyuya Dikborusuz Yüngül Müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq.
Bu texnologiya Blue Ocean Dikborusuz Müdaxilə Sistemi (BORİS sistemi) kimi tanınır. Bu, Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli şəkildə öyrənilməsinə və erkən aşkarlanmasına imkan verəcək. Bu isə yatağın gələcək potensialının üzə çıxarılmasına kömək edəcək. Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha tez həyata keçirilməsi məqsədilə bu proqram Xəzərdə ilk dəfə istifadə olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək.
Gəmidən icra olunan müdaxilə üsulunda QDYM sistemi gəminin üzərinə qurulur və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən həyata keçirilir. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib. bp bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb. Dəniz əməliyyatlarının bu ilin sonunadək başlaması və 2026-cı ilin sonunadək bitməsi gözlənilir.
QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə çoxmilyonluq müqavilə imzalanıb. Bu müqavilə BORİS sisteminin gəmidə yerləşdirilməsini, yığılmasını və sınaqdan keçirilməsini, layihənin idarə edilməsini, mühəndislik işlərini, sistemlərin inteqrasiyasını, habelə BORİS-in tətbiqi üçün lazım olan avadanlıq, material və inşa işlərinin təmin edilməsini əhatə edir. Quyuya Yüngül Müdaxilə (QYM) xidmətləri üçün isə SLB şirkəti ilə başqa bir çoxmilyonluq müqavilə imzalanıb. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və "qırmızı zona"nın idarə olunmasını asanlaşdırmaq üçün kombinə edilmiş troslu/təkxətli qurğunun (Combo) təmin edilməsi daxildir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris qeyd etdi ki, QDYM texnologiyası - xüsusilə də Dərinsulu Günəşli ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - sualtı suvurma quyularını daha yaxından izləməyə imkan yaradır. Bu, lay təzyiqinin idarə edilməsi və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə kömək edir. O bildirib ki, bp-nin qlobal əməliyyatlardakı təcrübəsindən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq ediləcək gəmidən aparılan quyu müdaxilələri qazma qurğularından asılılığı azaldacaq və imkanların tez aşkar edilməsini mümkün edəcək. Bütün bunlar bp-nin sualtı əməliyyatlar aparmaq qabiliyyətini xeyli artırır və Xəzərdə sualtı quyuların idarə edilməsi işlərində yeni bir səhifə açır.
İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Android 16-da Yeni Təhlükəsizlik Xüsusiyyəti!
Texnologiya xəbərləri

Trampdan vacib Suriya açıqlaması -Müdaxilə etməmə...
Bugun.az

Coinbase-in 375 Milyon Dollarlıq Satınalması: Krip...
Kripto

Microsoft, Süni Intellekt üçün NVIDIA Blackwell Se...
Texnologiya xəbərləri

Azərbaycan İtaliyada turizm sərgisində təmsil olun...
Azəri Xəbər

"Mühasib" vakansiyası
Edumap.az Təhsil Portalı



