Bu energetik içkidə təhlükəli maddə aşkarlandı

04.12.2025 14:15 11 baxış sayı 2 dəq. oxuma Trend
Bu energetik içkidə təhlükəli maddə aşkarlandı

Ölkəmizə idxal edilən “Nitro Max” markalı energetik içkilərin partiyasında qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə tapılıb. Bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.


Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən idxalçı **“Orxan 011” MMC** şirkəti tərəfindən gətirilən "Nitro Max" əmtəə nişanlı məhsullardan laborator sınaqlar aparmaq üçün nümunələr götürüldü. Nümunələr müvafiq sınaq laboratoriyasına təqdim edildi. Sınaqların nəticələri əsasında müəyyən edildi ki, içkinin tərkibində Sildenafil maddəsi var.


Sildenafil maddəsi əsasən dərman vasitələrinin tərkibində istifadə olunur və qida məhsullarında onun istifadəsinə qanunla icazə verilmir. Bu maddə bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə edilir. Həkim nəzarəti olmadan qəbul edildiyi halda, **Sildenafil maddəsi** insan həyatına və sağlamlığına mənfi təsir göstərə bilər, ciddi fəsadlar törədə bilər.


Uyğunsuzluq aşkar edildikdən sonra, məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul edildi. Ümumi sayı 4800 ədəd təşkil edən **"Nitro Max" energetik içkisi** partiyası sahibkarın və Agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: