Bu ilin 9 ayında neçə əcnəbi yaşama icazəsi almaq üçün müraciət edib? – STATİSTİKA

17.10.2025 13:25 11 baxış sayı 2 dəq. oxuma Trend
Bu ilin 9 ayında neçə əcnəbi yaşama icazəsi almaq üçün müraciət edib? – STATİSTİKA

Bakı. Trend:


2025-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 352 386 müraciət daxil olub.


Trend-in DMX-in rəsmi saytından əldə etdiyi məlumata görə, müraciətlərin bölgüsü bu siyahıda göstərilib.


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 176 873 müraciət daxil edilib. Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması üçün 58 930 müraciət olub.


Vətəndaşlıq məsələləri ilə bağlı 947 müraciət qeydə alınıb. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı 11 054 təşkil edib.


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün 7 068 iş icazəsi alınıb və ya müddəti uzadılıb.


Çağrı mərkəzinə daxil olan zənglərin ümumi sayı 59 405 olub. Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” vasitəsilə 12 044 müraciət daxil edilib.


Vətəndaşlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı 9 146 ərizə, şikayət və təklif alınıb. Digər müraciətlər isə 16 919 təşkil edir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: