Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

17.10.2025 14:02 8 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Bu ilin 9 ayında 176 min 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciət edib.


Dövlət Miqrasiya Xidməti (DMX) bu barədə məlumat yayıb.


DMX bildirib ki, sözügedən dövrdə Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 58 min 930 əcnəbi müraciət edib.


Həmçinin, vətəndaşlıq məsələləri ilə bağlı 947, Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 11 min 54 ərizə qeydə alınıb.


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7068 əcnəbi müraciət edib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: