
"Cenoa"nın yeni baş məşqçisi Daniele De Rossi olacaq

İtaliyanın “Cenoa” futbol klubu yeni baş məşqçi təyinatını yekunlaşdırmaq üzrədir. Məşhur “La Gazzetta dello Sport” nəşrinin yaydığı məlumata görə, A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. Bu addım klubun yaxın günlərdə Patrik Vieyra ilə yollarını ayırmasından sonra atılır. De Rossinin “Cenoa”nın sükanına keçməsi rəsmiləşdikdən sonra komandanın yeni mövsümdəki hədəfləri müəyyənləşəcək.
48 yaşlı mütəxəssisin bu razılıq səbəbilə şəxsi planlarında dəyişiklik etməsi diqqət çəkir. Belə ki, De Rossi Argentinaya planlaşdırdığı səfəri təxirə salıb. O, bu səfər çərçivəsində “Boka Xuniors”la “River Pleyt” arasında keçiriləcək oyunu izləməyi düşünürdü. Lakin “Cenoa” ilə danışıqların müsbət nəticələnməsi onun diqqətini tamamilə İtaliyadakı yeni vəzifəsinə yönəltməsinə səbəb oldu.
De Rossinin təyinatının yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir. Qeyd edək ki, "Cenoa" bu dəyişikliklə komandanın gələcək inkişafını hədəfləyir. De Rossinin son çalışdırdığı klub isə doğma “Roma” olub.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Cenoa" Patrik Vieyra ilə yollarını ayırıb
Azəri Xəbər
                                                                "Cenoa" Patrik Viyeranı istefaya göndərdi
Azəri Xəbər

Patrick Vieira İtaliya A Seriyasının Sonuncusu Ola...
Futbol Neticeleri

Əfsanəvi italiyalı futbolçu vəfat etdi
İdman Xəbər

“Qarabağ” - "Şelburn" oyununun hakimləri açıqlandı
Bugun.az

Spaletti “Yuventus”un yeni baş məşqçisi olub
Azəri Xəbər
                                        


