
“Qarabağ” - "Şelburn" oyununun hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da Daniele Doveri, AVAR-da Daniele Paterna olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakiml...
Bugun.az

"Sivasspor" - "Qarabağ" oyununun hakimləri açıqlan...
İdman Xəbər

Azərbaycan - Şotlandiya oyununun hakimləri açıqlan...
Bugun.az

Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Bugun.az

“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilind...
İdman Xəbər

Qurban Qurbanov "Şelburn"la oyundan danışdı
Bugun.az