Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri onlardır

14.09.2025 11:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri onlardır

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun hakim təyinatı olub.

Metbuat.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda təşkil olunacaq görüş belçikalı Erik Lambrextsə həvalə olunub.

Ona Co De Veirdtlə Kevin Monteni kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

VAR Bram Van Driş, AVAR isə Fedayi San olacaq.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: