Çinin XPeng Aridge şirkəti “Land Aircraft Carrier”in sınaq istehsalına başlayıb

04.11.2025 03:25 10 baxış sayı 2 dəq. oxuma Trend
Çinin XPeng Aridge şirkəti “Land Aircraft Carrier”in sınaq istehsalına başlayıb

Çinin XPeng Aridge (əvvəllər AeroHT kimi tanınırdı) şirkəti özünün “Land Aircraft Carrier” (LAC) adını verdiyi yeni nəqliyyat vasitəsinin yığım zavodunda sınaq istehsalına start verib. Bu, şirkətin uçan avtomobil texnologiyasını kütləvi istehsala hazırlamaq yolunda atdığı mühüm addımdır.


İstehsalçı açıqlayıb ki, ilk nəqliyyat vasitəsi artıq montaj xəttindən çıxıb. Müəssisə 120 min kvadratmetr sahəsi ilə ölkənin cənubunda, Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərinin Huanpu rayonunda yerləşir. Zavod il ərzində 10 minə qədər təyyarə modulu istehsal etməyi planlaşdırır; ilkin mərhələdə isə 5 min ədədin istehsalı nəzərdə tutulub. Zavod tam gücdə işləyəndə, istehsal xətti hər 30 dəqiqədə bir təyyarə hazırlaya biləcək. Bu layihənin kütləvi istehsal və çatdırılma mərhələsinə keçidi 2026-cı ilə planlaşdırılır.


LAC iki hissəli bir nəqliyyat vasitəsidir. O, altı təkərli elektrik mikroavtobusu bazasında hazırlanıb və arxa hissəsində yerləşən uçan moduldan ibarətdir. Altı pərvanə ilə təchiz edilmiş bu modul, smartfon tətbiqi vasitəsilə əsas avtomobildən asanlıqla ayrılır. Quruluşda və pərlərdə yüngül, eyni zamanda davamlı karbon lifindən istifadə edilib. Maraqlısı odur ki, yerüstü nəqliyyat vasitəsi eyni zamanda uçan modul üçün doldurma stansiyası rolunu da yerinə yetirir. Bu dizayn fərqli funksiyaları bir sistemdə birləşdirir.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: