DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

01.12.2025 08:23 7 baxış sayı 2 dəq. oxuma APA
DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlanması ilə bağlı çağırış yayıb. İdarə qeyd edir ki, qış fəslinin yaxınlaşması ilə əlaqədar sürücülər nəqliyyat vasitələrinin texniki vəziyyətinə ciddi diqqət ayırmalıdırlar.


Baş Dövlət Yol Polisi İdarəsi, qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini əvvəlcədən tədbirlər görməyə çağırır. Bu, ilk növbədə avtomobilləri mövsümə uyğun şinlərlə təchiz etməyə aiddir. Sürücülər həmçinin xarici işıq cihazlarının, şüşə silgəclərinin və isitmə sistemlərinin tam işlək vəziyyətdə olmasını mütəmadi yoxlamalıdırlar.


DYP vurğulayır ki, avtomobilin texniki hazırlığı hər hansı hava şəraitində təhlükəsiz və rahat şəkildə mənzil başına çatmaq üçün ən etibarlı zəmanətdir. Buna görə də, avtomobilimizin sazlığı məsələsi yol hərəkəti təhlükəsizliyində əsas yeri tutur.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: