
Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Oktyabrın 22-də Səbail Rayon İcra Hakimiyyətində (RİH) rayon başçısı Vuqar Zeynalovun sədrliyi ilə 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi. Tədbirdə RİH başçısının müavinləri, şöbə müdirləri, bələdiyyə sədrləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və nümayəndəliklərin əməkdaşları iştirak etdilər. Vuqar Zeynalov giriş nitqi zamanı rayon ərazisində xüsusi Qərargah yaradıldığını elan etdi. O, kommunal xidmət sahələrində və idarələrdə mövsümə hazırlıqla bağlı Tədbirlər Planının təsdiq olunduğunu da qeyd etdi. RİH başçısı qış mövsümünə hazırlıq çərçivəsində rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıdakı vəzifələr haqqında ətraflı məlumat verdi.
Vuqar Zeynalov şəhər təsərrüfatının payız-qış mövsümündə normal işləməsini təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı. O, bütün təsərrüfat obyektlərində, həmçinin elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlıqla bağlı təxirəsalınmaz addımlar atılması barədə göstəriş verdi. RİH başçısı meydana çıxa biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin görülməsini və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlarını diqqətə çatdırdı. Bu işlərin icrası üçün bütün məsul şəxslərə konkret vaxt çərçivəsi təyin olundu.
Müşavirədə payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra mühüm infrastruktur məsələləri də müzakirə edildi. Rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili tələb olundu. Yaşayış binalarında istilik sistemlərinin qışa hazırlıq səviyyəsi araşdırılmalı və texniki vəziyyəti aidiyyəti təşkilatlarla birlikdə işlək vəziyyətə gətirilməlidir. Bundan başqa, küçə və prospektlərdə yağış barmaqlıqlarının tutulmasına səbəb olan tullantıların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verildi. Yağış barmaqlıqlarının su götürmə vəziyyəti təhlil edilməli, su yığılmasına səbəb olan amillər dərhal aradan qaldırılmalıdır. Müşavirənin sonunda payız-qış mövsümünə hazırlığın yekunları müzakirə edildi və məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə əlavə göstərişlər verildi.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

SON DƏQİQƏ! Daha bir icra hakimiyyətində əməliyyat...
Son Xeberler

Azərbaycanda İcra Hakimiyyətinin binasında əməliyy...
Son Xeberler

Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
Bugun.az

Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub
Son Xeberler

SON DƏQİQƏ:İcra hakimiyyətində ƏMƏLİYYAT -
Son Xeberler

İcra başçısı özünə yeni müavin təyin etdi
Son Xeberler



