
Elm strateji əhəmiyyətə malik sahədir - Kamaləddin Qafarov

Prezident İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində çıxış edərək, elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısının bu çıxışı sadəcə bir yubiley təbriki kimi yox, Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən proqram sənədi kimi dəyərləndirilə bilər.
Milli Məclisin deputatı Kamaləddin Qafarov mövzu ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, dövlət başçısı AMEA-nın səksən illik fəaliyyətinin milli intellektual mühitin formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının möhkəmlənməsində misilsiz rol oynadığını qeyd edib. Bu, həm tarixi irsin qorunması, həm də müasir tədqiqat sahələrinin qurulması baxımından mühüm göstəricidir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət dəstəyinin konkret mexanizmlərlə necə təmin edilməsi barədə səsləndirilən fikirlər olub.
Deputat qeyd edib ki, dövlət başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin elmi sahəyə göstərdiyi diqqət və qayğını minnətdarlıqla xatırladıb. Prezident bu siyasətin müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini bildirib. Ulu Öndərin elmə yönəlik baxışları dövlətin inkişaf fəlsəfəsinin təməl prinsiplərindən biri idi və hazırda bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının "elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır" fikri göstərir ki, bu sahə yalnız mədəni və mənəvi dəyər yox, həm də milli təhlükəsizlik amilidir. Elm və təhsil sahələrinə yönələn sərmayə, əslində, ölkənin milli təhlükəsizlik sisteminin və davamlı inkişafının təməlidir.
Məlumdur ki, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb. Bu artım elmi iqtisadi inkişafın aparıcı qüvvəsinə çevirmək siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır, bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır. Elmi tədqiqat institutları sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir, universitetlərdə tətbiqi araşdırmaların payı artır. Elmi nəticələrin praktik dəyərə çevrilməsi prosesi dövlət tərəfindən stimullaşdırılır. Bu, Prezident İlham Əliyevin elmin yalnız nəzəri müstəvidə qalmasına deyil, onun iqtisadi dövriyyəyə daxil olmasına yönəlmiş strateji baxışını əks etdirir. Müasir dövrdə ölkənin gücü sadəcə təbii sərvətlərlə yox, bilik və texnologiyalarla ölçülür. Buna görə Azərbaycan dövlətinin elm siyasəti uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin “tükənməz sərvət neft yox, intellektual potensialdır” fikri dövlətin gələcəyə baxışının mahiyyətini dəqiqliklə ifadə edir. Dövlət başçısı xüsusi vurğulayıb ki, Azərbaycan alimləri qlobal elmi proseslərdə, xüsusilə süni intellekt, informasiya texnologiyaları və enerji səmərəliliyi sahələrində fəal iştirak etməlidirlər.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait y...
Azəri Xəbər

Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf...
Azəri Xəbər
Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü...
Azəri Xəbər

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alı...
Son Xeberler
Pakistan Senatının sədri Azərbaycana gəlib
Azəri Xəbər
ABŞ və Avstraliya kritik mineralların qazıntısına...
Azəri Xəbər



