
Estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Baş Prokurorluq mediada yayılan məlumatlar əsasında "UĞUR 777 estetik mərkəz"də aşkar olunan qanunsuzluqlarla bağlı araşdırma aparıb və cinayət işi başlayıb. Məlumatlara görə, bir qrup şəxs mərkəzdə qanunsuz estetik əməliyyatlar həyata keçirmişdi. İlkin araşdırmalar nəticəsində mərkəzin qeyri-qanuni fəaliyyət göstərməsi müəyyən edildi.
Dövlət qeydiyyatına Xəyalə İsmayılovanın adına alınmış "UĞUR 777 estetik mərkəz"də tibbi standartlara uyğun gəlməyən prosedurlar icra edilib. Burada tibbi prosedur adı altında bir çox estetik əməliyyat və kosmetoloji xidmətlər göstərilib. Bu fəaliyyətlər nəticəsində xəstəliklərin yayılmasına və ayrı-ayrı şəxslərin sağlamlığına ciddi zərər vurulmasına əsaslı şübhələr yaranıb. Mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və başqaları cərrahi əməliyyatlar aparıblar.
Araşdırmalar həmçinin göstərir ki, adı çəkilən şəxslərin heç birinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili yoxdur. Onlar praktiki tibbi fəaliyyətlə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri də əldə etməyiblər. Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması üçün iş materialları Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna göndərilib.
Eyni zamanda, Xəyalə İsmayılova barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati icraat başladılıb. Bu materiallar baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Baş Prokurorluq vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş və lisenziyalı tibb müəssisələrinin xidmətlərindən istifadə etməyi məsləhət görür. Qanunsuz fəaliyyət halları aşkarlanan zaman isə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə və ya qurumun sosial şəbəkə hesablarına məlumat verilməsi xahiş edilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bu estetik mərkəzinə qarşı cinayət işi başlandı
Bugun.az

Düşmənin törətdiyi terror aktları ilə bağlı
Son Xeberler

Bakıda Evdə Cütlük Ölüsü: Nə Baş Verib?
Bugun.az

Qarabağda döyüşən xarici vətəndaş barəsində həbs q...
Son Xeberler

Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cina...
Bugun.az

Ötən gün 26 COVID-19 xəstəsinə cinayət işi başlanı...
Son Xeberler



