
Bu estetik mərkəzinə qarşı cinayət işi başlandı

Baş Prokurorluq mediada yayılan məlumatlar əsasında “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı araşdırma aparıb və yekunda cinayət işi başlayıb. Məlumatlarda bir qrup şəxsin qanunsuz olaraq estetik əməliyyatlar aparması göstərilirdi. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi bu məlumatlar və videogörüntülər əsasında ətraflı araşdırma həyata keçirdi.
Araşdırma nəticəsində məlum oldu ki, Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınsa da, “UĞUR 777 estetik mərkəz” faktiki olaraq qanunsuz fəaliyyət göstərib. Mərkəzdə müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında bir çox estetik əməliyyat və kosmetoloji prosedurlar icra edilib. Bu fəaliyyətlər nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr yaranıb. Həmçinin, mərkəzdə fəaliyyət göstərən şəxslərin pasiyentlərin sağlamlığına ağır xəsarət yetirməsinə dair şübhələr müəyyən edildi. Qanunsuz estetik əməliyyatları həyata keçirən şəxslər özlərini həkim-kosmetoloq kimi təqdim edirdilər.
Həmin şəxslər arasında Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva və Zairə Salmanova da var. Aparılan araşdırmalar onların heç birinin müvafiq ali və ya orta ixtisas tibbi təhsilinin olmadığını aşkarladı. Bundan əlavə, onların praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi də yox idi. Toplanmış sübutlar əsasında cinayət işi Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə başlandı. Cinayət işi ibtidai istintaqın aparılması üçün Nəsimi rayon prokurorluğuna göndərildi. Sağlamlığa ağır zərər vurma faktı ilə bağlı istintaq davam edir.
Eyni zamanda, mərkəzin sahibi Xəyalə İsmayılova barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Bu icraat İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələrini əhatə edir. Bu inzibati işin baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Baş Prokurorluq vətəndaşlara müraciət edərək, yalnız dövlət qeydiyyatından keçmiş və lisenziyaya malik tibb müəssisələrinin xidmətlərindən istifadə etməyi xahiş edir. Qurum insanlara belə xidmətləri göstərən şəxslərin təhsil və sertifikasiya şəhadətnamələrinin olub-olmamasını əvvəlcədən yoxlamağı tövsiyə edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağl...
Azəri Xəbər

Ölkədə ən çox edilən estetik əməliyyat açıqlandı
Bugun.az

Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi b...
Bugun.az

Düşmənin törətdiyi terror aktları ilə bağlı
Son Xeberler

Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət...
Son Xeberler

Azad edilmiş ərazilərdə qazıntıların aparılması il...
Son Xeberler


