Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar

26.11.2025 17:57 11 baxış sayı 2 dəq. oxuma Report
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar

Gürcüstan gömrük-keçid məntəqələrində iyirmi gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib. Bu maşınlar Batumi və Tbilisi terminallarında gözləyirdi. Yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov bildirib ki, artıq praktiki proseslər başlayıb.


Onun sözlərinə görə, məsələ mətbuatda işıqlandırıldıqdan sonra irəliləyiş baş verdi. Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri sərhəd keçidi üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb. Bu buraxılış təkcə tütün yüklərinə aid deyil, ərazidə gözləyən bütün digər yük maşınları da buraxılışa hazırlanır. Kərimov qeyd edib ki, artıq məsələ yoluna qoyulur. Gömrükdə saxlanılma müddəti 20 gündən çox çəkmişdi.


Sürücü əlavə edib ki, avtomobillərə vurulan möhürlər açılıb və maşınların sabah səhərdən etibarən yola düşəcəyi gözlənilir. Həm Azərbaycanın bu ölkədəki səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ şəkildə həll olunduğunu təsdiqləyirlər. Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni nəzarətə götürmüşdü. Səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçirib. Danışıqlardan sonra qarşı tərəf problemin qısa zamanda tam həll olunacağına söz vermişdi. Bu diplomatik addımlar Azərbaycan-Gürcüstan sərhədində yükdaşımaların bərpasına imkan verir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: