
Gürcüstan Seçkilərində İlkin Nəticələr Açıqlandı

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün keçirilən parlament seçkilərində ilk nəticələri elan edib.
MSK-nın məlumatına görə, 2 176 seçki məntəqəsinin ilkin nəticələri əsasında, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası seçicilərin 52,988 faizinin səsini qazanıb.
“Dəyişikliklər üçün Koalisiya” partiyası 11,199 faizlə ikinci, “Vahid Milli Hərəkat” isə 9,805 faizlə üçüncü yerdə qərarlaşıb.
Seçkilərdə “Güclü Gürcüstan” 9,04 faiz, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 8,243 faiz səs toplayıb.
Qeyd edək ki, ümumilikdə 3 111 seçki məntəqəsi fəaliyyət göstərib və səslərin yalnız 2 176-da hesablanması başa çatıb.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gürcüstan Seçkilərinin Son Nəticələri Açıqlandı
Bugun.az

Gürcü Arzusu Seçkiləri Qazandı
Bugun.az

Gürcüstan Prezidenti Seçkiləri Tanımadı
Bugun.az

Gürcüstanda Parlament Seçkilərində Seçici Fəallığı...
KIBRIT MEDIA

Gürcüstanda təkrar seçkilər keçirilməyəcək - Kobax...
Bugun.az

Gürcüstan Etiraza Hazırlaşır
KIBRIT MEDIA


