
Gürcüstan Seçkilərinin Son Nəticələri Açıqlandı

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 97 faizi hesablanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.
Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya biliblər. "Dəyişikliklər üçün Koalisiya" (Axali, Qirçi-daha çox azadlıq, və “Droa”) 10,81 faiz (216 691 səs); "Birlik - Milli Hərəkatı" (Vahid Milli Hərəkat, “Strategiya Aqmanaşenebeli” və “Avropa Gürcüstanı”) 10.07 faiz (201 937 səs); "Güclü Gürcüstan" (Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı” və “Vətəndaşlar”– 8,72 faiz (174 921 səs); "Qaxaria Gürcüstan üçün" - 7.73 faiz (154 916 səs).
Seçici fəallığı 58,94 faiz olub. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə proporsional sistem üzrə, səsvermə isə elektron texnologiyaların tətbiqi ilə keçirilib.
Etiketlər
Oxşar xəbərlər

Gürcüstan Seçkilərində İlkin Nəticələr Açıqlandı
Bugun.az

İlkin nəticə: ABŞ seçkilərinin qalibi odur
Xəbər Anı

MediaTek Dimensity 9400 Test Nəticələri Açıqlandı!
Son Xeberler

Gürcüstan Etiraza Hazırlaşır
KIBRIT MEDIA

Gürcü Arzusu Seçkiləri Qazandı
Bugun.az

Gürcüstan Prezidenti Seçkiləri Tanımadı
Bugun.az