
Hər il Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
Bakıda keçiriləcək Beynəlxalq İncəsənət Festivalı ilə əlaqədar mətbuat konfransı baş tutdu. Tədbirin PR meneceri Rəşad Alıyev bildirdi ki, Bakı şəhərini dünyada tanıtmaq missiyasını nəzərə alaraq, festivalın hər il keçirilməsi planlaşdırılır. O, qeyd etdi ki, bu cür tədbirlər yüksək səviyyəli festival hesab edilir və özündə çox böyük **turist potensialı** ehtiva edir. Festival 31 oktyabr - 16 noyabr tarixləri arasında, həftə sonları, zəngin proqramlarla təqdim olunacaq.
Konfransda festivalın fəxri səfirləri iştirak edirdilər. Onların arasında Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Fuad İbrahimov, Avroviziya 2018-də Azərbaycanı təmsil edən Aysel Məmmədova və dramaturq, ssenarist İsmayıl İman yer aldı. Tədbir Heydər Əliyev Fondu və **Mədəniyyət Nazirliyinin dəstəyi** ilə həyata keçiriləcək. Ssenarist İsmayıl İman bu festivalın pandemiyadan sonra Azərbaycanda keçiriləcək bu formada ən böyük tədbir olacağını diqqətə çatdırdı.
Drijor Fuad İbrahimov festival çərçivəsində Azərbaycana dünyanın bir çox ölkəsindən sənət xadimlərinin gələcəyini söylədi. Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları nümayiş olunacaq. Festival çərçivəsində həmçinin dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyal-ın "Delay the Sadness" əsərinin **premyerası** olacaq. Tamaşaları təqdim edəcək görkəmli sənətkarlar arasında Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté və Rimas Tuminas kimi adlar var. Çıxışlardan sonra jurnalistlərin sualları cavablandırılıb.
Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az

Art Weekend zamanı “Suyun sirri” pantomim tamaşanı...
Azəri Xəbər

Art Weekend: Bakı mədəniyyət təşəbbüsünün əsas səh...
Azəri Xəbər

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Ş...
Azəri Xəbər

Gələn yay Şuşada Kulinariya Festivalı keçiriləcək
Son Xeberler

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar i...
Bugun.az



